Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Avropa Komissiyası Kiyevə daha 2 milyard avro ayırdı
Avropa Komissiyası Kiyevə daha 2 milyard avro ayırdı

Avropa Komissiyası sədrinin icraçı müavini Valdis Dombrovskis Kiyevə 2 milyard avro məbləğində birinci tranşın ayrıldığını açıqlayıb.
reportyor.tv xəbər verir ki, bu vəsait 5 milyard avro məbləğində “Ukraynaya müstəsna makromaliyyə yardımı” çərçivəsində ayrılır.
Dombrovskis deyib ki, Aİ-nin Ukraynaya və onun xalqına dəstək üçün bugünkü 2 milyard avro ödəməsi qış yaxınlaşdıqca vaxtındadır.
O, həmçinin bildirib ki, bu, Aİ-nin Ukraynaya planlaşdırılan 9 milyard avroya qədər məbləğdə makromaliyyə yardımı paketinin həyata keçirilməsinin ikinci mərhələsinin birinci hissəsidir.
Dobrovskis, Avropa Komissiyasının 2022-ci ilin sonuna qədər bu paketin qalan 3 milyard avrosunu, habelə gələn il Ukraynaya daha strukturlaşdırılmış təcili yardım təmin etmək üçün çalışdığını söyləyib.
AK kommünikesində bildirilir ki, son tranşla (2 milyard avro) birlikdə Aİ-nin Rusiyanın xüsusi əməliyyatı başlayandan bəri Ukraynaya ümumi makromaliyyə yardımı 4,2 milyard avro təşkil edib.
Qeyd olunur ki, Ukrayna bu vəsaiti adi vaxtdan daha uzun ödəmə müddəti ilə güzəştli şərtlərlə kreditlər şəklində alıb.

Şərhlər