Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Tokayevin adı Ukrayna saytının bazasına daxil edildi - SƏBƏB
Tokayevin adı Ukrayna saytının bazasına daxil edildi - SƏBƏB

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ukraynanın “Sülhməramlı” saytının məlumat bazasına daxil edilib.
reportyor.tv xəbər verir ki, onun adı saytın bazasına “Rusiyanın 2014-cü ildə Ukraynaya təcavüzünü publik şəkildə inkar etdiyinə görə” salınıb.
Qeyd edək ki, bu saytda resurs rəhbərliyinin fəaliyyətini Ukraynanın təhlükəsizliyinə təhdid hesab etdiyi ictimai xadimlərin və təşkilatların məlumatları yerləşdirilir.
Sayt cənab Tokayevin "Deutsche Welle"yə (Rusiyada xarici agent kimi tanınır) 2019-cu ildə verdiyi müsahibədən sitat gətirir. Bu müsahibədə o, Qazaxıstanın “Krımda baş verənləri ilhaq adlandırmadığını” bəyan edir. O, həmçinin bildirib ki, “Rusiya rəhbərliyinin müdrikliyinə və ləyaqətinə inanır”.
Sentyabrın 30-da Rusiya Prezident Vladimir Putin "DXR" və "LXR"in, habelə Ukraynanın Zaporojye və Xerson vilayətlərinin Rusiya hərbçilərinin nəzarətində olan hissələrinin Rusiya tərkibinə daxil edilməsi haqqında fərman imzalayıb. Qazaxıstan Prezidenti bəyan edib ki, yeni ərazilərin Rusiyaya birləşdirilməsi məsələsində “ölkələrin ərazi bütövlüyü prinsiplərindən çıxış edir”. Cənab Tokayev "DXR" və "LXR"i tanımayacağını bildirib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti