Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Soçidə rus sülhməramlılarla bağlı hansı qərar verildi?
Soçidə rus sülhməramlılarla bağlı hansı qərar verildi?

Soçi görüşündə əsas məqamlardan biri də Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının mandatının genişləndirilməsi idi: Moskva bunu istəyirdi, İrəvan gündəmə gətirdi, lakin Bakı qarşısını aldı;

Putinin mətbuat konfransında dedikləri bu məsələyə aydınlıq gətirilməsi baxımından diqqət çəkir:

- Sülhməramlıların mandatı 10 noyabr bəyanatında qeyd olunur, bura əlavə ediləcək heç nə yoxdur;
- Mandatın uzadılması digər məsələlərdən, o cümlədən, sülh müqaviləsi və sərhədin delimitasiyasından asılıdır;
- Əgər bu məsələlər həll edilsə, sülhməramlılar mövzusu başqa məsələ olacaq, edilməsə, yaxud qismən edilsə, fərqli olacaq, sülhməramlı kontingentinin gələcəyi də bundan asılıdır;

Putinin açıqlamalarından çıxan nəticələr:

Birincisi, sülhməramlılar mövzusunda 10 noyabr razılaşmasına istinad qalır və bu o deməkdir ki, 2025-ci ildə Azərbaycan istəməsə, rus kontingenti Qarabağdan çıxacaq;

İkincisi, Paşinyan sülhməramlıların qalma müddətinin uzadılmasını gündəmə gətirsə də, Əliyev buna imkan verməyib və Putin Bakının mövqeyi ilə razılaşıb;

Üçüncüsü, delimitasiya həll edilsə və sülh müqaviləsi bağlansa, Qarabağ məsələsi kimi rus sülhməramlıların Azərbaycan ərazisindəki fəaliyyəti də bizim daxili məsələmizə çevriləcək və kontingentin qalıb-qalmaması mövzusu Rusiya-Azərbaycan-Ermənistan yox, Rusiya və Azərbaycan mövzusu olacaq;

Putini dediyi kimi “sülhməramlı kontingentinin gələcəyinin bundan asılı olması” Rusiyanın sülh müqaviləsinə münasibətini də müəyyənləşdirən amilə çevrilə bilər: istisna deyil ki, bölgədə qalmaq müddətini uzatmağı hədəfləyən ruslar Ermənistanı oyundan kənarlaşdıracaq “sülh müqaviləsi”nin imzalanmasının da uzanmasına çalışacaq;

Lakin burada geosiyasi proseslər və bunun bölgəyə təsirləri həlledici rol oynaya və ruslar iki seçim arasında qalmağa məcbur ola bilərlər: ya təkcə Qarabağda – Azərbaycan ərazisində qalmaq, ya da bütövlükdə bölgədə;

Rusiyanın hədəfi ikinci seçimdir, birinci – Qarabağ məsələsindən bu hədəfə çatmaq üçün rıçaq olaraq istifadə edirlər.
Reportyor.tv

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti