Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » "Vəziyyəti getdikcə ağırlaşır" - Saakaşvilinin anası
"Vəziyyəti getdikcə ağırlaşır" - Saakaşvilinin anası

Gürcüstanın "Viva Med" klinikasında müalicə alan Mixail Saakaşvilinin səhhəti pisləşib.
reportyor.tv xəbər verir ki, bu barədə onun anası Giuli Alasania jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, Mixail Saakaşvili mart ayından bəri çox çəki itirib və mütəmadi olaraq qızdırması olur.
Saakaşvilinin anası əlavə edib ki, həkimlər çox çalışsalar da, xəstəliyin səbəbini müəyyən edə bilməyiblər:
"Əksinə, sabiq Prezidentin vəziyyəti getdikcə ağırlaşır".
Giuli Alasania Mixail Saakaşvilinin müalicə üçün xarici ölkəyə göndərilməsini gözlədiyini deyib.
Qeyd edək ki, ötən il sentyabrın sonunda Gürcüstana qayıtmış Mixail Saakaşvili oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti