Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Rusiya İstintaq Komitəsi təsdiqlədi: İxtiyar Mirzəyev həbs edilib
Rusiya İstintaq Komitəsi təsdiqlədi: İxtiyar Mirzəyev həbs edilib

Rusiya İstintaq Komitəsi Kostromada yanğın baş verən “Poliqon” gecə klubunun yerləşdiyi binanın sahibi İxtiyar Mirzəyevin saxlanıldığını təsdiqləyib.
reportyor.tv xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
“Kostromada “Poliqon” gecə klubunun yerləşdiyi binanın sahibi İxtiyar Mirzəyev saxlanılıb”, - deyə Rusiya İstintaq Komitəsindən bildirilib.
Daha əvvəl TASS mənbəyə istinadən Mirzəyevin saxlanması barədə məlumat yaymışdı.
“Poliqon”da yanğın noyabrın 5-də baş verib. Yanğın nəticəsində 13 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Yanğın nəticəsində insanların ölümü faktı ilə bağlı cinayət işi başlanıb. Həmçinin, İstintaq Komitəsi səhlənkarlıq hadisəsi üzrə araşdırma aparır.
Hadisədən sonra "Poliqon"un işini təşkil edən "İmperiya" MMC-nin direktoru şəhərdə saxlanılıb. O, hazırda həbsdədir.
Qeyd edək ki, "Poliqon" gecə klubunun yerləşdiyi binanın sahibi İxtiyar Mirzəyev milliyyətcə azərbaycanlıdır. O, Kostroma Vilayət Dumasının deputatı və hakim “Vahid Rusiya” fraksiyasının üzvüdür. İxtiyar Mirzəyevin 1969-cu ildə Yardımlı rayonunun Ostayır kəndində doğulduğu bildirilir.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti