Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Sunak Zelenski ilə müzakirə apardı
Sunak Zelenski ilə müzakirə apardı

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Ukrayna Prezidenti Vladimir Zelenski ilə Kiyevə dəstək verilməsi, o cümlədən 1000 ədəd yeni raketin tədarükü perspektivini müzakirə edib.
reportyor.tv xəbər verir ki, bu barədə Dauninq-strit məlumat yayıb.
"Böyük Britaniya 1000 ədəd yer-hava tipli raket və ekstremal soyuq qış üçün 25 000-dən çox hərbi dəst də daxil olmaqla əlavə dəstək verməyə davam edəcək", - deyə məlumatda qeyd olunur.
Böyük Britaniyanın Müdafiə Nazirliyi daha əvvəl bildirmişdi ki, London yaxın vaxtlarda Ukraynaya 1000-ə yaxın zenit-raket kompleksinin çatdırılmasını başa çatdıracaq.
Oktyabrda “The Times” Kiyevə yardıma görə Britaniyanın tank əleyhinə silahlarının tükənmək təhlükəsi ilə üzləşdiyini yazmışdı.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti