Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » İlham Əliyev 2 sərəncam imzaladı
İlham Əliyev 2 sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
reportyor.tv xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib:
Əliyev Vaqif Hüseynağa oğlu
Hüseynov Nazim Qalib oğlu.
xxx
Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
reportyor.tv xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:
Fərzəliyev Murad Qoçu oğlu
Kərimov Mehman Bayram oğlu.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti