Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Çin gəmiləri Yaponiya sularına daxil oldu
Çin gəmiləri Yaponiya sularına daxil oldu

Çinin sahil mühafizə gəmiləri Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları ətrafındakı Yaponiyanın ərazi sularına daxil olub.
Publika.az xəbər verir ki, Okinava əyalətinin Naha qǝsǝbǝsindǝki 11-ci Dairə Sahil Mühafizəsi Qərargahı bu barǝdǝ mǝlumat yayıb.
Bildirib ki, Çinin 2 sahil mühafizə gəmisi Yaponiyanın milli ərazi sularını pozub.
Milli ərazi sularının əhatə etdiyi ərazidə üzən gəmilər yerli vaxtla saat 02:40-da Minamikojima ətrafında Yaponiyanın balıqçı gəmilərinə yaxınlaşmağa cəhd ediblər.
Ancaq Yaponiya Sahil Mühafizə qüvvǝlǝri Çin gəmilərinə bölgəni tərk etmələri barədə xəbərdarlıq edǝrǝk balıqçı gəmilərinin təhlükəsizliyini təmin etməyə nail olublar.
Şərqi Çin dənizində Yaponiyanın “Senkaku” və Çinin “Diaoyu” adlandırdığı arxipelaq, 5 ada və 3 qayalıq ǝrazidǝn ibarǝtdir.
Qeyd edək ki, Yaponiyaya məxsus olan adalar uzun müddətdir ki, suverenlik mübahisələrinə səbəb olub.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti