"Tərbiyəçi vəzifəsinə 16 min boş yer var"-Nazir
Tarix: 27-11-2022, 18:26
Baxılıb: 164
Google+ Paylaş
Tumblr Paylaş

"Tərbiyəçi vəzifəsinə 16 min boş yer var"-Nazir

27-11-2022, 18:26

Məktəbəqədər tədris müəssisələrinə tərbiyəçi vəzifəsinə 4539 namizəd müraciət edib.
Musavat.com xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib: "Namizədlərdən 739-u müsabiqəyə buraxılıb, 332 nəfər uğur qazanıb. 122 nəfər vakant yer var, bu da o deməkdir ki, yeni müsabiqə gözlənilir".
Nazir əlavə edib ki, hazırda 1654 bağça nazirliyin tabeliyindədir: "Tərbiyəçi vəzifəsinə 16 min boş yer var. Bu da obyektiv səbəblərlə bağlıdır. Məskunlaşma, əhalinin sayının artması və s. Bağçalarda 116 min şagird yeri var və 99 min uşaq qeydiyyatdan keçib. Bağçalarda boş yerlər var, amma daha çox problem valideynin arzu etdiyi bağçalarla bağlı yaranır.
Nigar HƏSƏNLİ,


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ