Türklər Gürcüstana axışdı: bu məhsulu almaq üçün... - VİDEO
Tarix: 28-11-2022, 15:28
Baxılıb: 72
Google+ Paylaş
Tumblr Paylaş

Türklər Gürcüstana axışdı: bu məhsulu almaq üçün... - VİDEO

28-11-2022, 15:28

Gürcüstanda iPhone telefonları Türkiyədən daha sərfəli qiymətə satıldığı üçün türklər bir günlük Batumiyə səfər etməyə başlayıblar.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türklər Gürcüstanla Türkiyə arasında iPhone qiymətlərində iki dəfə fərq olduğunu bildirirlər.
Onların sözlərinə görə, iPhone 14, iPhone 14 Pro və iPhone 14 Pro Max modelləri Türkiyədə 30 min TL (4 200 lari) ilə 57 min TL (7 900 lari) arasında dəyişir.
Qeyd olunub ki, Gürcüstanda qiymətlər vergilərə görə aşağı olduğu üçün, şəxsiyyət vəsiqəsi ilə Sarp Sərhəd Qapısından keçərək bir günlük Gürcüstana gələn Türkiyə vətəndaşları Batumidəki Apple Store mağazasından vergi qaytarılması ilə 15 min lirəyə telefon ala bilirlər.
Osmaniyədən gələn Türkiyə vətəndaşı deyib ki, Gürcüstanda bu marka telefonlar daha ucuzdur:
"Mən telefon almaq üçün Batumiyə gəldim. 24 min 500 türk lirəsinə iPhone 14 Pro 128 aldım. Gömrükdə 2 min 900 lirə geri qaytarıldı. Türkiyədə isə bunun qiyməti 45-50 min lirə civarındadır”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ