Korrupsiyalaşmanın Naxçıvana zərbəsi: Bölgənin inkişafı necə əngəllənib?
Tarix: 1-12-2022, 11:26
Baxılıb: 108
Google+ Paylaş
Tumblr Paylaş

Korrupsiyalaşmanın Naxçıvana zərbəsi: Bölgənin inkişafı necə əngəllənib?

1-12-2022, 11:26

Son günlər Naxçıvan gömrüyündə aparılan yoxlamalar, aşkara çıxarılan korrupsiya faktları ölkə gündəminin ən çox müzakirə olunan mövzularından biridir. Azərbaycan vətəndaşları haqlı olaraq Naxçıvan gömrüyündə mənimsənilən vəsaitlərin külli miqdarda oldmasından təəccüblənir, bu qədər ağır korrupsiya faktının aşkarlanmasını müsbət məqam kimi qeyd edir.
Qeyd edək ki, son 8 ildə Azərbaycanda yüksək vəzifəli, bir sıra hallarda isə mühüm dövlət qurumlarına rəhbərlik edən şəxslərin korrupsiya ittihamı ilə vəzifədən alınması, həbs olunması faktları kifayət qədərdir. Bunun da əsas səbəbi ölkədə korrupsiyaya qarşı ardıcıl mübarizənin aparılması, bu proses zamanı ən yüksək vəzifəli məmurlara belə güzəşt edilməməsidir. Prezident İlham Əliyev dəfələrlə Azərbaycanda bütün şəxslərin öz əməllərinə görə cavab verəcəyini, heç bir vəzifənin məmurları cəzadan mühafizə etməyəcəyini bəyan edib. Biz son illərdə Prezidentin bu mövqeyinin korrupsiyaya qarşı mübarizədə əksini tapdığına şahid olmuşuq. Buna görə də əminliklə söyləmək olar ki, Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi hallarına qarşı sərt tədbirlər görülür. Oradakı həbslər digər bölgələrdə və strukturlarda analoji pozuntularla bağlı tədbirlərdən heç nə ilə fərqlənmir. Bu baxımdan, burada hər hansı siyasi çalar, siyasi məna axtarmağa ehtiyac yoxdur.
Bu gün aparılan araşdırmalar göstərir ki, Naxçıvan gömrüyündə korrupsiyalaşmış dəstə özünə yer edib, xeyli müddət ərzində idxal-ixrac əməliyyatlarında yayınmalara, mənimsəmələrə yol verilib. Qeydiyyatdan yayınma xüsusilə Naxçıvana gətirilən mallarla bağlı daha yüksək olub. Nəticədə yüz milyonlarla manat vəsait qeydiyyatdan yayındırılaraq mənimsənilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ