Hans-Diter Flik: "Bu, yalnız bizim günahımızdır
Tarix: 2-12-2022, 11:48
Baxılıb: 130
Google+ Paylaş
Tumblr Paylaş

Hans-Diter Flik: "Bu, yalnız bizim günahımızdır

2-12-2022, 11:48

Almaniya millisinin baş məşqçisi Hans-Diter Flik DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Kosta-Rikaya qalib gəldikləri matç (4:2) haqqında danışıb.
Qol.az xəbər verir ki, Almaniya yığması qalibiyyətə baxmayaraq, Yaponiyanın İspaniyanı üstələməsinə (2:1) görə qrupda qalıb. Flik isə Kosta Rika ilə matçdan sonra deyib:
“Çox məyus oldum. Kosta-Rika ilə oyunda 16 qol şansımız oldu. Təəssüf ki, ilk hissədə yaxşı nəticə əldə edə bilmədik. Halbuki, üç-dörd qol vurmalı idik. Bu, oyuna təsir edəcəkdi, amma biz bacarmadıq. Çox əsəbiləşdim və bu barədə komandaya dedim. Bəli, sonda öz borclarını yerinə yetirdilər, qalib gəldilər, amma daha yaxşı çıxış edə bilərdilər.
Getməyimizə dünya çempionatındakı digər oyunlarımızın nəticələri səbəb oldu. Və bu yalnız bizim günahımızdır".
Qeyd edək ki, Almaniya DÇ-2022-də ilk 2 görüşdə Yaponiyaya uduzub (1:2), İspaniya ilə heç-heçə edib (1:1). E qrupundan 1/8 finala Yaponiya və İspaniya adlayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ