Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Türkiyə PKK “rəhbəri” və 491 terrorçunu zərərsizləşdirdi
Türkiyə PKK “rəhbəri” və 491 terrorçunu zərərsizləşdirdi

Türkiyə Milli Kəşfiyyat İdarəsi(MKİ) Suriyada yeni əməliyyat keçirib.

Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, əməliyyat nəticəsində PKK-nın Suriyadakı rəhbərlərindən olan Muhammed Nasir adlı terrorçu öldürülüb.
Bundan başqa Türkiyənin İraq və Suriyada həyata keçirdiyi əməliyyat nəticəsində 491 terrorçu zərərsizləşdirilib. Bu məlumatı milli müdafiə naziri Hulusi Akar verib.
Türkiyə KİV-ləri məlumat verir ki, bu barədə MKİ-dən bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində PKK terrorçu qruplaşmanın Suriyanın Tel- Əmir ərazisindəki “rəhbəri” Muhammed Nasır öldürülüb.

Nazir bildirib ki, Türkiyə Silahlı Qüvvələri terrorçularla mübarizəni davam etdirəcəklər.

Şərhlər