Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Finlandiya MN: Türkiyənin təhlükəsizlik məsələlərindəki narahatlığını anlayırıq
Finlandiya MN: Türkiyənin təhlükəsizlik məsələlərindəki narahatlığını anlayırıq

“Təəssüf ki, Ukraynadakı müharibənin tez bir zamanda bitəcəyi görünmür. Amma sülh nə qədər tez gəlsə, bir o qədər yaxşı olar”.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Finlandiya müdafiə naziri Antti Kaikkonen türkiyəli həmkarı Hulusi Akarla Ankarada birgə mətbuat konfransı zamanı bildirib. O qeyd edib ki, ölkəsi Türkiyənin təhlükəsizlik məsələlərindəki narahatlığını anlayır:
“Türkiyə terrorla mübarizədə Finlandiyanın qərarlı olduğuna əmin ola bilər. Buna heç bir şübhə yoxdur”.
Kaikkonen həmçinin əlavə edib ki, Finlandiya NATO-ya üzv olduğu təqdirdə nüvə silahının ölkə ərazisində yerləşdirilməsində maraqlı deyil və NATO-nun belə bir niyyəti yoxdur.
Reportyor.tv

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti