
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib.
reportyor.tv hadisə yerindən xəbər verir ki, səfirliyin binasının yerləşdiyi Bünyad Səfərov küçəsinin hər iki hissəsində piyadaların gediş-gəlişi məhdudlaşdırılıb.
Səfirliyin qarşısına, o cümlədən binanın yaxınlığına çox sayda polis əməkdaşları cəlb edilib.
Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.






Şərhlər