
Rusiya qoşunları Krım yarımadasının şimalında baza tikib.
Bu barədə reportyor.tv OSINT-nin analitiki Bredi Afrikanın "Twitter"dəki paylaşımına istinadla xəbər verir.
Peyk şəkillərində helikopter meydançası, möhkəmləndirilmiş perimetr və avtomobil izləri göstərilir.
Görüntülər Krımda Rusiya tərəfindən təyin edilmiş hakimiyyət orqanlarının yarımadada 500-ə yaxın mülkü, o cümlədən yüksək vəzifəli ukraynalı siyasətçilərə və iş adamlarına məxsus mülkləri milliləşdirdiklərini söyləməsindən bir neçə gün sonra yayılıb.






Şərhlər