Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Bayden Türkiyəyə başsağlığı verdi
Bayden Türkiyəyə başsağlığı verdi

ABŞ prezidenti Co Bayden dağıdıcı zəlzələnin nəticələri ilə əlaqədar Türkiyə və Suriya hakimiyyətinə başsağlığı verib.
“Türkiyə və Suriyada baş verən zəlzələ nəticəsində insan tələfatı və dağıntılara görə dərin kədər hissi keçirirəm”, – o, “Twitter” hesabında yazıb.
Amerika lideri həmçinin Ankaraya lazım olan bütün dəstəyi verəcəyinə söz verib. “Mən komandama vəziyyəti yaxından izləməyə davam etməyi və Türkiyə ilə koordinasiyada bütün lazımi dəstəyi göstərməyi tapşırmışam”, - o əlavə edib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti