Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Zelenski onlarla görüşmək üçün Parisə UÇDU
Zelenski onlarla görüşmək üçün Parisə UÇDU

Ukrayna Prezidenti Volodimir Zelenski Londonu tərk edərək Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla görüşmək üçün Parisə gedib.
Bu barədə reportyor.tv BFM-ə istinadla xəbər verir.
Nəşrin məlumatına görə, Zelenskinin prezident təyyarəsi saat 20:45-də Oryolda eniş edəcək.
Bundan sonra Yelisey sarayında Ukrayna və Fransa prezidentlərinin Almaniya kansleri ilə görüşü baş tutacaq.
Xatırladaq ki, Zelenski bu gün Makronun Rusiyanın “alçaldılması” ilə bağlı mövqeyini dəyişdiyini bildirib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti