Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Ruslar döyüşdə ölənlərin meyitlərini yandırır
Ruslar döyüşdə ölənlərin meyitlərini yandırır

Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş Tokmak bölgəsindəki rus işğalçıları cəbhədə öz itkilərini gizlətmək üçün səyyar krematoriya (Krematoriya — meyitlərin yüksək temperaturda yandırıldığı yerdir) yaradıblar.
reportyor.tv xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
"Düşmən itki verməkdə davam edir. Zaporojye vilayətinin Tokmak şəhərindəki "Pridneprovskaya biotes" müəssisəsinin ərazisində ölən işğalçıların sayını gizlətmək üçün rus işğalçıları səyyar krematoriya quraşdırıblar. Yerli sakinlər xüsusən gecələr meyit qoxusunun davamlı olmasından şikayətlənirlər”, - deyə bildirilib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti