Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Prezident Vasifdən DANIŞDI: "Birinin cəsarəti onlarla azərbaycanlının həyatını xilas etdi"
Prezident Vasifdən DANIŞDI: "Birinin cəsarəti onlarla azərbaycanlının həyatını xilas etdi"

“Bizim səfirliyimizə qarşı terror aktından xəbəriniz var. Bu, Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktı idi”.
reportyor.tv xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 18-də Münxendə televiziya kanallarına müsahibəsində deyib.
“Terrorçu 30-40 dəqiqə ərzində tərksilah edilməmişdir və polis maşınları, təhlükəsizlik xidmətinin işçiləri gəlib-gedirdilər, amma onlar ona iki dəfə səfirliyin binasına daxil olmağa, səfirliyin mühafizə işçilərindən birini qətlə yetirməyə, ikisini isə yaralamağa imkan verdilər.
Terrorçunu əliyalın tərksilah etmiş mühafizə işçilərindən birinin cəsarəti ola bilsin ki, onlarla azərbaycanlının həyatını xilas etdi. Çünki diplomatlarımzın ailələri, o cümlədən uşaqları o binada yaşayırdılar. Buna görə biz bu məsələ ilə bağlı dərhal və şəffaf istintaqın aparılmasını tələb edirik”.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti