
Türkiyənin Hatay vilayətində baş verən zəlzələlərdən sonra yaşayış binaları dağılıb, dağıntılar altında qalanlar var.
reportyor.tv xəbər verir ki, bu barədə Hatay bələdiyyə başçısı Lütfü Savaş NTV telekanalının efirində deyib.
"Deyəsən, Defnedəki binalara ciddi ziyan dəyib. İnşallah, bu sonuncu olacaq. Dağıntılar altında qalanlar da var. Ümid edirəm ki, daha az itki ilə sovuşacağıq", - bələdiyyə rəhbəri qeyd edib.
xxx
21:17
Türkiyənin Hatay şəhərində güclü zəlzələ baş verib.
reportyor.tv xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 20:04 radələrində 6,4 bal gücündə təkan qeydə alınıb.
Zəlzələnin episentri 16,74 km yerin dərinliyində, Defne rayonunda yerləşib.
Bunun ardınca 20:07 radələrində Samandağ rayonunda 5,8 maqnitudada daha bir zəlzələ baş verib.
Türkiyənin bəzi KİV-lərində zəlzələ nəticəsində dağıntıların olduğu deyilir.
Zəlzələnin Adanada da hiss olunduğu deyilir.






Şərhlər