Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » ABŞ Dövlət Departamenti anons etdi: "Yaxın günlərdə Brüsseldə Azərbaycan və Ermənistan..."
ABŞ Dövlət Departamenti anons etdi: "Yaxın günlərdə Brüsseldə Azərbaycan və Ermənistan..."

Son bir neçə ay ərzində Ermənistan və Azərbaycan danışıqlarda mühüm irəliləyiş əldə edib.
reportyor.tv xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində şənbə günü iki ölkə liderləri arasında danışıqların təşəbbüskarı olan dövlət katibi Entoni Blinkenin fikrini çatdırarkən deyib.
“Bu, tərəflərin işə qarışmasının nəticəsidir. Bu, ikitərəfli əməkdaşlığın, ABŞ ilə üçtərəfli əməkdaşlığın, eləcə də Aİ-nin öz diplomatiyası çərçivəsinda apardığı işin nəticəsidir və biz tərəfləri yaxın günlərdə Aİ rəhbəri Şarl Mişelin Brüsseldə təşkil edəcəyi danışıqlarda görəcəyimizə ümid edirik", - deyən bu tərəqqinin davam edəcəyinə ümid etdiyini bildirib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti