Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşdü
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşüb.
Bu barədə reportyor.tv-a Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Azərbaycanın paytaxtında keçiriləcək X Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb.
Timor-Leste Prezidentinin Azərbaycana ilk səfərinin iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcəyinə ümidvarlıq ifadə edilib.
Timor-Leste Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı müzakirə edilən məsələlərə, həmçinin ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti