Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Bəxtiyar Hacıyevin yazdığı iddia edilən əfv ərizəsi yayılıb- FOTO
Bəxtiyar Hacıyevin yazdığı iddia edilən əfv ərizəsi yayılıb- FOTO

Sosial şəbəkələrdə hazırda həbsdə olan siyasi fəal Bəxtiyar Hacıyevin yazdığı iddia olunan ərizənin fotosu yayılıb.
reportyor.tv xəbər verir ki, Bəxtiyar Hacıyevin adından yazılan ərizə ölkə Prezidenti İlham Əliyevə ünvanlanıb. Mətndə Bəxtiyar Hacıyev aşağıdakıları qeyd edib:
"Hörmətli cənab Prezident,

09 dekabr 2022-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2 və 289.1-ci maddələri ilə ittiham olunaraq həbs edilmişəm və bu günə qədər həbsdə saxlanılıram. 
Həbsdən azad olunmağım üçün kömək etməyinizi xahiş edirəm.

Hacıyev Bəxtiyar İlyas oğlu,

10.03.2023-cü il".
Onu da qeyd edək ki, yazılan məlumatlara görə vəkillərindən biri müraciətin Bəxtiyar Hacıyevə məxsus olduğunu təsdiqləyib. 
Məlumat üçün bildirək ki, Bəxtiyar Hacıyevlə bağlı ötən il dekabrın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. 
Sonradan müstəntiqin vəsatəti əsasında həbs-qətimkan tədbiri aprelin 28-dək uzadılıb.
 WhatsApp Image 2023-03-18 at 22.11.33.jpeg (71 KB)

Şərhlər