Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Peskov: "Putin və Si Cinpin Moskva vaxtı ilə 16:30-da görüşəcəklər"
Peskov: "Putin və Si Cinpin Moskva vaxtı ilə 16:30-da görüşəcəklər"

Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə bu gün günün ikinci yarısından sonra söhbətə başlayacaq.
reportyor.tv xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Günortadan sonra, təxminən, (Moskva vaxtı ilə) saat 16:30-da prezident Putinin bugünkü fəaliyyətinin beynəlxalq hissəsi davam edəcək və bu, Si Cinpinlə bağlı olacaq”, - deyə Kremlin sözçüsü vurğulayıb.
Peskov izah edib ki, liderlər arasında təkbətək söhbət olacaq və söhbət qeyri-rəsmi naharda davam edəcək. "Bu gün Putin və Si Cinpin arasında qeyri-rəsmi, lakin birbaşa və çox vacib ünsiyyət olacaq", - deyə Rusiya Prezidentinin mətbuat katibi əlavə edib.

Şərhlər