Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Aİ-dən Rusiyaya NÜVƏ XƏBƏRDARLIĞI: "Cavab veriləcək"
Aİ-dən Rusiyaya NÜVƏ XƏBƏRDARLIĞI: "Cavab veriləcək"

Avropa İttifaqı Belarusda nüvə silahının yerləşdirilməsinə cavab olaraq Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.
reportyor.tv xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Jozep Borel deyib.
"Rusiyanın nüvə silahlarının yerləşdirilməsi məsuliyyətsiz eskalasiya və Avropa təhlükəsizliyinə təhdid deməkdir. Aİ növbəti sanksiyalarla cavab verməyə hazırdır”, - Borel "Twitter" hesabında yazıb.
O əlavə edib ki, Belarus Moskvanın öz ərazisində taktiki silah yerləşdirməsindən imtina edə bilər.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiyanın nüvə silahlarının Belarusda peyda olacağını bildirmişdi.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti