Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Putin orduya çağırışla bağlı fərman imzaladı
Putin orduya çağırışla bağlı fərman imzaladı

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin orduya yazda çağırış haqqında fərman imzalayıb.
reportyor.tv Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə hökumət portalında məlumat yayılıb.
"2023-cü il aprelin 1-dən iyulun 15-dək ehtiyatda olmayan və hərbi xidmətə çağırılmalı olan 18 yaşdan 27 yaşadək 147 min nəfərdən ibarət Rusiya Federasiyası vətəndaşlarının hərbi xidmətə çağırılması həyata keçirilsin", - fərmanın mətnində deyilir.
Martın 30-da Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov bildirib ki, Rusiya ordusunda hərbi xidmətə çağırılan ruslar Donetsk və Luqansk Xalq Respublikalarına, həmçinin Zaporojye və Xerson vilayətlərinə xidmətə göndərilməyəcəklər.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti