Rafael Qrossidən SOS: "Atom elektrik stansiyasını qorumaq mümkün deyil"
Tarix: 30-03-2023, 23:17
Baxılıb: 158
Google+ Paylaş
Tumblr Paylaş

Rafael Qrossidən SOS: "Atom elektrik stansiyasını qorumaq mümkün deyil"

30-03-2023, 23:17

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Enerqodarda yerləşən Zaporojye Atom Elektrik Stansiyasına (AES) dünənki səfərinin yekunları barədə danışıb.
reportyor.org xarici mətbuata istinadən xəbər verir ki, baş direktorun sözlərinə görə, obyektin ətrafında Rusiya hərbçilərinin sayı artıb. Və belə görünür ki, stansiyanı müdafiə etmək mümkün olmayacaq.
"Aydındır ki, bu bölgədə hərbi fəallıq artır. Odur ki, elektrik stansiyasını qorumaq artıq mümkün deyil. BAEA ekspertləri 2022-ci ilin sentyabrından stansiyada olmasına baxmayaraq, vəziyyət qeyri-sabit olaraq qalır", - o qeyd edib.
Xatırladaq ki, bu, Rusiyanın Ukraynanı işğal etməsindən sonra BAEA-nın baş direktoru Rafael Qrossinin Enerqodara ikinci səfəri idi. O, ciddi nüvə təhlükəsizliyi və obyektdəki təhlükəsizliklə bağlı vəziyyəti şəxsən qiymətləndirmək istəyib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ