Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Rusiya hərbi kontingeti erməni adlarından əl çəkmir
Rusiya hərbi kontingeti erməni adlarından əl çəkmir

Qarabağın Şuşa rayonu ərazisində atəşkəs rejiminin pozulması faktı qeydə alınıb.

reportyor.tv bildirir ki, bu barədə Rusiya sülhməramlı kontingentinin 1 aprel tarixli məlumat bülletenində məlumat verilib.

“Bu faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığı araşdırma aparır”-məlumatda bildirilir. Amma bu dəfəki məlumatda da erməni separatçıların təxribatının üstündən sükutla keçilib. Rusiya hərbi kontingenti növbəti dəfə toponimlərimizi təhrif edib.

“Martuni, Mardakert və Şuşa rayonlarında üç marşrut üzrə patrul xidməti həyata keçirilib”-bildirilir. Eyni zamanda “Humanitar yük daşıyan karvan Gorus-Stepanakert marşrutu üzrə müşayiət olunub”-əlavəsi əksini tapıb.

İddia olunub ki, Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkamçı qrupları obyektlərin və ərazilərin minalardan təmizlənməsini davam etdirir.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti