
Sankt-Peterburqda Universitet sahilində yerləşən “Street-bar” kafesində güclü partlayış baş verib.
reportyor.tv xəbər verir ki, bu barədə "Fontanka" hadisə şahidlərinə istinadən yazır.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Sankt-Peterburqda kafedə baş verən partlayış nəticəsində müharibə müxbiri və keçmiş milis Vladlen Tatarskinin həlak olduğunu rəsmən açıqlayıb.
Nazirliyin məlumatına görə, 23 nəfər xəsarət alıb. Bütün zərərçəkənlərə tibbi yardım göstərilir.
Sözügedən kafedə müharibə müxbiri Vladlen Tatarski çıxış edəcəkmiş.
Nəşr kafenin Yevgeni Priqojinə aid olduğunu iddia edir. "Cyber Z Front" müzakirə klubu həftə sonları burada toplanır.






Şərhlər