Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » “Ölüm taciri” Trampı Moskvaya dəvət etdi
“Ölüm taciri” Trampı Moskvaya dəvət etdi

2022-ci ildə ABŞ və Rusiya arasında bağlanmış məhbus mübadiləsi razılaşması ilə azadlığa çıxan “ölüm taciri” ləqəbli rus silah taciri Viktor Bout ABŞ-ın keçmiş prezidenti Donald Trampı Rusiyaya dəvət edib.
reportyor.tv xəbər verir ki, o, bu barədə Trampa dəvət məktubu göndərib.
“Bu gün Donald Trampa teleqram vurdum. İlk növbədə, onun həyatının təhlükədə olduğunu düşünürəm. Nyu-Yorkda başlayan məhkəmə prosesi Donald Trampın mühakimə olunması və məhkəmədə şansını itirməsi ilə bitməyəcək”, - o qeyd edib.

Bout Trampı Moskvaya dəvət edib və ona müdafiə və siyasi sığınacaq təklif edib ki, o, “qlobalistlərə qarşı üsyana rəhbərlik edə və Amerika xalqını xilas edə bilsin”.
Qeyd edək ki, ABŞ əməliyyatı ilə yaxalanan Bout 2011-ci ildə 25 il həbs cəzasına məhkum edilmişdi. O, 2022-ci ildə 32 yaşlı ABŞ qadın basketbolçusu Brittney Grinerin müqabilində sərbəst buraxılıb və ölkəsi Rusiyaya qayıdıb.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp isə ötən həftə 2016-cı il prezident seçkiləri zamanı bir qadına qanunsuz olaraq “susması üçün” pul ödədiyi və bununla bağlı saxta sənədlər hazırlaması iddiası ilə mühakimə olunub. Tramp barəsindəki 34 ayrı ittihamı rədd edib. O, qarşıdakı müddətdə yenidən məhkəmə qarşısına çıxacaq.
Akqabay


Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti