Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Rusiya BMT-də Ermənistana məğlub oldu
Rusiya BMT-də Ermənistana məğlub oldu

Bu ay BMT Təhlükəsizlik Şurasına sədrlik edən Rusiya bu həftə təşkilatda üç qurumda yer ala bilməyib.
reportyor.tv “Associated Press”ə istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında (ECOSOC) səsvermə zamanı Rusiya Rumıniyaya məğlub olub və Qadının Statusu Komissiyasında yer ala bilməyib.
Həmçinin, Estoniyaya da uduzaraq BMT-nin UNICEF uşaq agentliyinin İcraiyyə Şurasının üzvü olmayıb.
Bundan əlavə, Cinayətin Qarşısının Alınması və Cinayət Mühakiməsi Komissiyasına üzv olmaq üçün gizli səsvermə zamanı Rusiya Ermənistan və Çexiyaya məğlub olub.
Ümumilikdə, ECOSOR-un rəhbərlik etdiyi 14 komissiya, şura və ekspert qruplarından Rusiya ikisinə - Sosial İnkişaf Komissiyasına və Beynəlxalq Mühasibat Uçotu və Hesabat Standartları üzrə Ekspertlərin Hökumətlərarası İşçi Qrupuna (təqdimatla) seçilib.
ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild əmindir ki, ECOCOR-a üzv olan 54 ölkə Rusiyaya “aydın siqnal” verib ki, “heç bir ölkə BMT Nizamnaməsini kobud şəkildə pozduğu halda BMT-nin kritik qurumlarında mövqe tutmamalıdır”.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti