Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Erməni qadın Paşinyana çətir atdı
Erməni qadın Paşinyana çətir atdı

Ermənistanın İstintaq Komitəsi baş nazir Nikol Paşinyana çətir atan qadına qarşı cinayət işi açıb.
reportyor.tv TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi idarənin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, aprelin 10-da Ermənistanın baş naziri Vayodzor rayonunun Malışka kəndinə səfəri zamanı fərdi evlərdən birinin həyətində 47 yaşlı qadın tərəfindən “hücuma məruz qalıb”. Belə ki, yerli sakin “polisin tələblərinə məhəl qoymadan baş nazirin qanuni rəsmi fəaliyyətinə mane olmaq məqsədilə ona qarşı zorakılıq tətbiq etməyə cəhd göstərərək Nikol Paşinyana çətir atıb”, - mətbuat xidmətindən bildirilib.
Faktla bağlı sui-qəsdə cəhd, vəzifəli şəxsin qanuni rəsmi və ya siyasi fəaliyyətinə mane olmaq məqsədilə vəzifəli şəxsə qarşı zorakılıq maddələri ilə cinayət işi başlanıb.
Qadın saxlanılaraq prosesi aparan orqana aparılıb. Günahı sübut olunarsa, onu 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti