
Yaponiya Xarici İşlər Nazirliyi Cənubi Kuril adalarını “Rusiya tərəfindən qanunsuz işğal edilmiş ərazilər” adlandırıb.
reportyor.tv “TASS” agentliyinə istinadən xəbər verir ki, Tokio Kuril adalarının cənub hissəsini Yaponiyanın suverenliyinə tabe olan və hazırda Rusiyanın qeyri-qanuni işğalı altında olan qədim Yaponiya əraziləri hesab edir. Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin illik hesabatında qeyd olunur.
Diplomatlar bu aspektin Yaponiya-Rusiya münasibətlərində həll olunmamış ən ciddi problem olduğunu bildiriblər.
2022-ci ilin aprelində Yaponiya son 19 ildə ilk dəfə olaraq Rusiyanın Cənubi Kuril adalarını rəsmi olaraq “qeyri-qanuni işğal olunmuş şimal əraziləri” adlandırıb.






Şərhlər