Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Ermənistan müdafiə naziri səfərini yarımçıq kəsdi
Ermənistan müdafiə naziri səfərini yarımçıq kəsdi

Ermənistanın müdafiə naziri Suren Papikyan Ermənistana qayıdır.
reportyor.tv xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat verib.
"Nazir işgüzar səfərini dayandırıb və Ermənistana qayıdır", - o, "Facebook" səhifəsində yazıb .
Qeyd edək ki, Papikyan Brüsselə işgüzar səfərə gedib. Bu gün o, NATO-nun qərargahında olub.
Xatırladaq ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.
Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti