Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycanda
ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycanda

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson Azərbaycanda səfərdədir.
reportyor.tv xəbər verir ki, Dövlət katibinin müavini Olson Bakıya səfəri çərçivəsində Prezident İlham Əliyev və digər hökumət rəsmiləri ilə görüşəcək.
Dövlət katibinin köməkçisinin müavini ABŞ-nin Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiq olduğunu vurğulayacaq.
Olson Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək və fevralın 18-də Münhen Təhlükəsizlik Konfransında Dövlət katibi Blinken, Ermənistanın Baş naziri və Azərbaycan Prezidenti arasındakı görüş və mart ayında Dövlət katibinin bu iki ölkə başçıları ilə telefon danışıqlarını irəli aparmaq üçün əsas maraqlı tərəflərlə görüşür.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti