
Bütün NATO müttəfiqləri Ukraynanın bloka üzv olacağı ilə bağlı razılığa gəliblər.
reportyor.tv “Sky News”a istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Almaniyadakı Ramşteyn aviabazasında təmas qrupunun görüşündən əvvəl bildirib.
“Ukraynanın layiqli yeri NATO-dadır və zaman keçdikcə və bizim dəstəyimiz sayəsində bu məqsədə çatacaq”, - baş katib deyib.
Stoltenberq ölkənin NATO-ya qəbulunun mümkün vaxtını açıqlamayıb. O əlavə edib ki, alyans Kiyevə hərbi yardım üçün mümkün olan hər şeyi edir.
Aprelin 20-də səhər saatlarında Stoltenberq Ukraynaya səfərə gəlib, o, prezident Vladimir Zelenski ilə görüşüb.






Şərhlər