Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Etirazçılar hakimiyyətə bir saat vaxt verdi - Ermənistanda XAOS
Etirazçılar hakimiyyətə bir saat vaxt verdi - Ermənistanda XAOS

Göyçə bölgəsinin Azad kəndində baş verən yanğında həlak olan hərbçilərin valideynləri İrəvanın mərkəzi küçələrindən birini bağlayıb, nəqliyyatın hərəkətini iflic ediblər.
reportyor.tv erməni mediasına istinadən xəbər verir ki, onlar baş nazir və müdafiə naziri ilə görüşməkdə israrlı olduqlarını bildiriblər.
Polisin müdaxiləsindən sonra yolu açan etirazçılar yenidən Ermənistan hökumətinin binasının qarşısına toplaşıblar.
Piket iştirakçılarının tələbi olduğu kimi qalır: onlar Nazirlər Kabinetinin və Müdafiə Mazirliyinin rəhbəri ilə görüş tələb edirlər.
Ölənlərin yaxınları soba yandırmaq üçün benzin işlətdiyi iddia edilən kapitanın ehtiyatsızlığı nəticəsində 15 əsgərin yanması ilə bağlı rəsmi qurumların açıqlaması ilə razılaşmır.
Əsgərlərin qohumları və yaxınları hakimiyyət təmsilçiləri ilə görüşmək üçün bir saat vaxt veriblər, əks halda Tiqran Mets prospektinin Respublika meydanı ilə kəsişməsindəki hissəsini bağlamaq niyyətindədirlər.


 

 

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti