Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » İsveçdə NATO ilə bağlı fikir ayrılığı - XALQ AYAĞA QALXDI
İsveçdə NATO ilə bağlı fikir ayrılığı - XALQ AYAĞA QALXDI

İsveçin Göteborq şəhərində ölkənin NATO-ya daxil olmasına qarşı etiraz aksiyası keçirilib.
reportyor.tv xəbər verir ki, bu barədə “Göteborgs-Posten” qəzeti məlumat yayıb.
Bildirilib ki, aksiyada 2 minə yaxın insan iştirak edib.
Etirazçılar ölkənin ənənəvi neytrallıq siyasətini və müxtəlif ittifaqlara qoşulma azadlığını dəstəkləyiblər.
Qeyd olunur ki, aksiya şəhərdə ictimai nəqliyyatın işinə təsir edib.
Xatırladaq ki, İsveç Finlandiya ilə birlikdə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra NATO-ya üzvlük üçün müraciət etmişdi. Nəticədə Finlandiya 2023-cü il martın 31-də rəsmi olaraq NATO-ya qəbul edildi, Türkiyə və Macarıstan isə Quranın yandırılması ilə bağlı qalmaqallar fonunda İsveçin müraciətini hələ də ratifikasiya etməyiblər.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti