Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Rusiya səfirliyindən ÇAĞIRIŞ: Bu ölkəyə getməyin və...
Rusiya səfirliyindən ÇAĞIRIŞ: Bu ölkəyə getməyin və...

Rusiyanın Ottavadakı səfirliyi ruslara Kanadaya səfər etməməyi və Kanada valyutasında bank əməliyyatlarından imtina etməyi tövsiyə edib
Bu barədə reportyor.tv Rusiya KİV-ə istinadla xəbər verir.
"Kanadada Rusiya vətəndaşlarına qarşı etnik mənsubiyyət və vətəndaşlıq zəminində çoxsaylı ayrı-seçkilik, o cümlədən fiziki zorakılıq halları ilə əlaqədar sizə bu ölkəyə səyahət etməkdən çəkinməyi tövsiyə edirik”, - səfirlik müraciət edib.
Diplomatik missiya artıq Kanadada olan rusiyalıları xüsusilə ictimai yerlərdə sayıq olmağa çağırıb.
Həmçinin bu ölkədə Kanada milli valyutası ilə, lakin Rusiya bank qurumlarının iştirakı ilə həyata keçirilən hər hansı maliyyə əməliyyatlarının həbs riskləri daha tez-tez baş verir. Buna görə də diplomatlar bu cür əməliyyatların aparılmasından tamamilə imtina etməyi tövsiyə ediblər.
Xatırladaq ki, aprelin 11-də Ottava hakimiyyəti anti-Rusiya sanksiyalarını genişləndirib. Yeni məhdudiyyətlər 14 fiziki və 34 hüquqi şəxsə şamil edilib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti