
Sevastopolda neft bazasına hücum olduğu barədə məlumat vermişdik.
reportyor.tv "RİA Novosti"yə istinadən xəbər verir ki, Sevastopol şəhərinin qubernatoru Mixail Razvojayev hücumun necə gerçəkləşdiyi haqda məlumat verib. O, şəhərin Kazaçya buxtası mikrorayonunda neft bazasına hücumda iki pilotsuz təyyarənin iştirak etdiyini bildirib.
"İlkin olaraq, yanğının iki fərqli hissədə baş verdiyi aydın olduğundan, orada iki pilotsuz uçuş aparatı olub", - Razvojayev təfərrüatları açıqlayıb. O əlavə edib ki, şənbə günü, aprelin 29-u axşam saat 6-da yanğının tamamilə aradan qaldırılması planlaşdırılır.
Sevastopolda yanacaq çəninin yanması faktı aprelin 29-da səhər saatlarında məlum olub. Yanğına pilotsuz təyyarənin hücumu səbəb göstərilir.
Qubernatorun sözlərinə görə, neft bazasında baş verən yanğın heç bir halda Sevastopolun yanacaqla təminatına təsir göstərməyəcək.
Qubernatorun sözlərinə görə, neft bazasında baş verən yanğın heç bir halda Sevastopolun yanacaqla təminatına təsir göstərməyəcək.






Şərhlər