Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Ukrayna "Baykar" şirkəti ilə yeni müqavilələr imzaladı
Ukrayna "Baykar" şirkəti ilə yeni müqavilələr imzaladı

Ukrayna və Türkiyənin məşhur “Bayraktar” pilotsuz təyyarələrinin istehsalçısı olan “Baykar” şirkəti arasında yeni əməkdaşlıq müqavilələri imzalanıb.
reportyor.tv xəbər verir ki, bu barədə Ukrayna sənayesinin strateji sahələri üzrə naziri Aleksandr Kamışin teleqram səhifəsində məlumat yayıb.
"Türkiyədə “TEKNOFEST 2023” beynəlxalq aviasiya texnikası sərgisində bir çox görüşlərim oldu. Bu görüşlərin bir məqsədi var - Ukraynanın müdafiə sənayesini gücləndirmək yollarını tapmaq”, - deyə nazir bildirib.
Kamışin deyib ki, Ukrayna Türkiyənin “Baykar” şirkəti ilə üç yeni müqavilə bağlayıb.
“Mən sizə təfərrüatları deməyəcəyəm, amma sizi əmin edirəm ki, bu müqavilələr ölkəmizə ixrac gəlirləri və yeni nəsil silahlar təqdim edir”, - deyə nazir vurğulayıb.

Şərhlər