
Moldovada müxalifətdə olan Sosialist Partiyası və "Şor" partiyasından olan namizədlər Qriqori Uzun və Yevgeniya Qutsul Qaqauz muxtariyyətində keçirilən seçkilərinin ikinci turuna çıxıblar.
reportyor.tv xəbər verir ki, bu barədə Qaqauziya Mərkəzi Seçki Komissiyasının ( MSK ) ilkin məlumatlarında bildirilir.
“Ən çox səs toplayan namizədlər ikinci tura keçirlər: 26,43 faiz səs alan Uzun Qriqori Vladimiroviç və 26,41 faiz səs toplyan Hutsul Yevgeniya Aleksandrovna”, - deyə MSK sədri Yana Kovalenko məntəqə seçki komissiyalarının protokollarını aldıqdan sonra bildirib.
Onun sözlərinə görə, departamentə seçki prosesinin və səsvermə prosesinin pozulması ilə bağlı şikayət daxil olmayıb. Qeyd olunur ki, MSK yekun nəticələri mayın 2-də elan etmək niyyətindədir.
Qeyd edək ki, Qaqauziya Moldovanın cənubunda yerləşən muxtar ərazi qurumudur. 1990-cı illərin ortalarında Moldova millətçiləri ilə silahlı münaqişədən sonra bölgə xüsusi status alsa da, ölkədən ayrılmayıb.






Şərhlər