Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Sülhməramlıların komandiri Bakıya gəlir
Sülhməramlıların komandiri Bakıya gəlir

Rusiya sülhməramlı kontingentinin yeni rəhbəri Aleksandr Lentsovun 3 mayda Bakıya gələcəyi haqda məlumat yayılıb.
reportyor.tv Axar.az -a istinadən xəbər verir ki, Teleqram kanallarında yayılan məlumatda onun Bakıda Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüş keçirəcəyi bildirilib.
Qeyd edək ki, general-polkovnik Aleksandr Lentsov ötən həftədən fəaliyyətə başlayıb. O, Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində yerləşdirilən rus sülhməramlıların məsuliyyət zonasında fəaliyyətini davam etdirməyə çalışan erməni separatçıların liderləri, hətta antirusiya mövqeyi ilə seçilən şəxslərlə görüşüb.
Daha sonra isə İrəvana gedən Lentsov Ermənistan Müdafiə Nazirliyində tanışlıq görüşləri aparıb.
Azərbaycan ərazisində yerləşən sülhməramlıların yeni komandanının Azərbaycan ərazisinə Ermənistandan gəlməsi və ilk Bakıda görüş keçirib, təqdimatını təsdiqlətməməsi ictimaiyyət arasında narazılığa səbəb olub.
Xatırladaq ki, A.lentsovun həyat yoldaşı erməni millətçisidir, özünün isə 20 Yanvar qətliamı zamanı Bakıya yeridilən sovet qoşunlarının tərkibində olduğu bildirilir.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti