Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Tiflisdən Rusiya-Ermənistan yolu ilə bağlı ŞOK qərar
Tiflisdən Rusiya-Ermənistan yolu ilə bağlı ŞOK qərar

Gürcüstan hakimiyyəti Rusiya ilə sərhəddə yerləşən “Kazbeqi”-“Yuxarı Lars” gömrük-keçid məntəqəsini avtomobillər üçün bağlayır.
reportyor.tv xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinə istinadən məlumat yayıb. Bildirilir ki, gömrük-buraxılış məntəqəsi mayın 5-dən bir ay müddətinə qapadılacaq. Qərarın “təmir işləri ilə bağlı” verildiyi qeyd olunur.
Yük maşınları üçün nəzərdə tutulan keçidlərdən minik avtomobilləri keçə biləcək. Departamentdən əlavə ediblər ki, insanlar keçid məntəqəsindən həmişəki kimi keçə biləcəklər.
Ermənistanla Rusiya arasındakı əsas quru əlaqənin olması səbəbindən “Lars”ın qapadılması İrəvan üçün növbəti şokdur.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti