Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Türkiyədən qayıdan erməni deputatların etirafı: Sərhədlərin açılması...
Türkiyədən qayıdan erməni deputatların etirafı: Sərhədlərin açılması...

İrəvanda “Nemezis” terrorçularına abidənin ucaldılması Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində müəyyən çətinliklər yaratdı, lakin məsələ danışıqlar yolu ilə həll edilməlidir.
reportyor.tv "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu sözləri Ankarada QDİƏT-in sammitində iştirak edən Ermənistanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatındakı nümayəndə heyətinin üzvü Babken Tunyan mətbuat konfransında deyib.
Parlamentari qeyd edib ki, iclasın özündə Türkiyə tərəfi Ermənistan nümayəndə heyətindən "Nemezis" abidəsinin sökülməsini tələb etməyib. Memorial məsələsi yalnız Milli Assambleyanın sədri Alen Simonyanla türkiyəli həmkarı Mustafa Şəntopun görüşündə müzakirə olunub.
Deputat “Mülki Müqavilə” fraksiyasında da mövzunun qaldırılmadığını qeyd edib.
Öz növbəsində Tunyanın fraksiyadakı həmkarı, QDİƏT nümayəndə heyətinin üzvü Gevorq Papoyan hesab edir ki, əgər sərhədin açılması yalnız Türkiyəyə sərfəli olsaydı, o zaman o, bir neçə saniyə ərzində onu açardı. O xatırladıb ki, bu sərhədi bağlayan Ermənistan deyil, Türkiyə bunu Bakıya görə İrəvana iqtisadi təzyiq məqsədi ilə edib.
Papoyan qeyd olunanlara əsaslanaraq, sərhədlərin açılmasının Ermənistan iqtisadiyyatına ziyan vuracağı ilə bağlı qiymətləndirmələri gülünc və reallıqdan uzaq adlandırıb.
Onun sözlərinə görə, sərhədlərin açılması Ermənistanın iqtisadi inkişafına, iş yerlərinin açılmasına, biznes fəallığının artmasına səbəb olacaq. Bütün bunların qarşısını almaq üçün Türkiyə Azərbaycana dəstək əlaməti olaraq sərhədləri bağlı saxlayır.
Xatırladaq ki, aprelin 25-də İrəvanda “Nemezis” terrorçularının şərəfinə ucaldılmış abidənin açılışı olub. Bir neçə gün sonra Türkiyə hava məkanını Ermənistan üçün bağlayıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti