Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Dövlətə xəyanətdə təqsirləndirilən şəxs: Göbələk axtarırdım
Dövlətə xəyanətdə təqsirləndirilən şəxs: Göbələk axtarırdım

Ukraynada Rusiya Silahlı Qüvvələrinin (AF) hücumundan əvvəl Ukrayna hərbi poliqonunun korrdinatlarını təhvil verməkdə günahlandırılan Lvov sakininin izahatının detalları açıqlanıb.
reportyor.tv xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Təqsirləndirilən şəxs davranışını izah edərkən bildirib ki, o, sadəcə göbələk axtarmağa çıxıbmış.
“Dostum məndən göbələk yığdığım yeri göstərməyimi istədi. Hamısı sadəcə bundan ibarətdir",- 72 yaşlı Aleksandr Kostorny xəritənin yaradılması haqqında deyib.
Vətənə xəyanətdə ittiham olunan şəxs, Lvovda Puşkin adına Rus Dili Cəmiyyətinə rəhbərlik edir. Lakin bir ilə yaxındır ki, həbsdədir.
O, etiraf edir ki, xəritəni dostuna göndərib. Amma orada təlim mərkəzinin yaxınlığında yerləşən göbələk və balıq ovu zonasının koordinatlarını qeyd edib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti