Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Səməd Seyidov AŞPA-nın daimi komitəsinin iclasında iştirak edəcək
Səməd Seyidov AŞPA-nın daimi komitəsinin iclasında iştirak edəcək

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının(AŞPA) Daimi komitəsinin iclasında iştirak etmək üçün mayın 14-də İslandiyanın Reykyavik şəhərinə səfər edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən reportyor.tv-a verilən məlumata görə, daimi komitənin iclasında “Avropa Şurası çoxtərəfli arxitekturanın əsas oyunçusu kimi”, “Avropa Şurası insan hüquqlarının müdafiəsinin pioneri kimi: yeni nəsil hüquqlar” və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Komitə sədri səfər çərçivəsində İslandiya parlamentinin İslandiya Universiteti ilə birgə keçirəcəyi “Gələcək üçün demokratiya ölçüsü” mövzusunda dəyirmi masanın işinə də qatılacaq.
Səfər mayın 16-da başa çatacaq.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti