Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Türkiyədə bu bölgələr xüsusi təhlükəsizlik zonaları ELAN EDİLDİ
Türkiyədə bu bölgələr xüsusi təhlükəsizlik zonaları ELAN EDİLDİ

Hərbi Məhdud Bölgələr və Təhlükəsizlik Bölgələri haqqında 2565 saylı Qanuna uyğun olaraq milli təhlükəsizliyin, ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi, zorakılığın və baş verə biləcək hər hansı neqativ halın qarşısının alınması məqsədilə sərhəd Şırnakın mərkəzi ilə Cizre, Silopi, Güçlükonak, Uludere və Beytüşşebap rayonları, Cudi dağı, Bestler Dereler bölgəsi, Kurt dağı, Kürəşin, Kel Mehmet dağları, Serin vadisi, Faraşin, Altın dağı, İncebel dağı, Oymakaya və Tanin bölgələri xüsusi təhlükəsizlik zonaları elan edilib.
reportyor.tv xəbər verir ki, bu barədə bölgə valiliyi məlumat yayıb.
Bildirilib ki, qərar 16-30 may tarixlərində -15 gün müddətinə qüvvədə olacaq.
Açıqlamada vətəndaşların gecə-gündüz sözügedən ərazilərə girməməsinin can və mal təhlükəsizliyi baxımından vacib olduğu bildirilib. Bu ərazilərin koordinatlarının Valiliyin internet saytında paylaşıldığı qeyd edilib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti