Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Paşinyan etiraf etdi: Anklavlar Azərbaycan ərazisidir
Paşinyan etiraf etdi: Anklavlar Azərbaycan ərazisidir

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasından sonra ərazilərin mübadiləsinin aparılacağını istisna etməyib.
reportyor.tv xəbər verir ki, Paşinyan bunu İrəvanda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan ərazisi 86,6 min kvadratmetrdir ki, anklavlar da bura daxildir.
“Anklavlar 86,6 min kv.km əraziyə daxildir. Bu, siyasi mövqedir və məsələnin hüquqi hissəsi müzakirə olunmalıdır", - baş nazir bildirib.
Paşinyan Ermənistan və Azərbaycan ərazilərinin tanınmasına paket şəklində baxılmasını təklif edib.
Onun sözlərinə görə, anklavlarla bağlı bir neçə variant var, məsələn, ya sülh sazişi imzalanandan sonra ərazilərin mübadiləsi aparılacaq, ya da heç nə dəyişməyəcək.

Şərhlər